Kişi Bakıda qonaq getdiyi evi qarət etdi
Bizi izləyin

Hadisə

Kişi Bakıda qonaq getdiyi evi qarət etdi

Bakıda mənzildən oğurluq edilib.

Musavat.com xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Qəsəbənin Zərdabi küçəsində yaşayan 1951-ci il təvəllüdlü Zinyət Kərimova polisə müraciət edərək mənzilindən nağd pul və qızıl-zinət əşyalar oğurlandığını bildirib.

Z.Kərimova bildirib ki, oğurluğu evində qonaq olan Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Vitali İşevski edib. Qadın evindən 2000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlandığını bildirib.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdrəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm