Bakıda güclü partlayış - xeyli maşın sıradan çıxdı (YENİLƏNİB) - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda güclü partlayış - xeyli maşın sıradan çıxdı (YENİLƏNİB) - FOTOLAR

Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında - “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.

Publika.az-ın məlumatına görə, Yasamal rayon Polis İdarəsindən ANS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.

“Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu isə APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev deyib.

E. Eynullayev bildirib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm