Kürə düşən uşaq xilas edildi
Bizi izləyin

Hadisə

Kürə düşən uşaq xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 5 km aralıda nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və azyaşlını sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:30-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm