Bakıdakı partlayışın səbəbi məlum oldu
Bizi izləyin

Hadisə

Bakıdakı partlayışın səbəbi məlum oldu

Ötən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub - partlayış qaz sızması səbəbindən baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerində "Azəriqaz" İB və FHN əməkdaşları iş aparır.

"Azəriqaz" İB-dən bildirilib ki, hazırda ərazidə və ətraf evlərdə qazın verilişinin bərpası üzrə işlər aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dünən Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq diqər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.

Əməliyyat saat 13:07-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm