Ağstafada 32 yaşlı kişi özünü asdı
Bizi izləyin

Hadisə

Ağstafada 32 yaşlı kişi özünü asdı

Ağstafa rayonunda intihar hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb.

Rayon sakini 1984-cü il təvəllüdlü Dilqəm Hüseynov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intirar edib. Onun asılmış vəziyyətdə meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Mərhumun hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ölkə ərazisində sonuncu intihar faktı ötən gün Gədəbəydə baş verib. Talakənd kənd sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Kamil oğlu Əliyev özünü kənd ərazisindən bir az aralı məsafədə yerləşən ərazidə asaraq intihar edib. Özünü asan 61 yaşlı kişi kənd məktəbinin direktoru olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm