İŞİD-ə qoşulan azərbaycanlı Rusiyada azadlıqdan məhrum edildi
Bizi izləyin

Hadisə

İŞİD-ə qoşulan azərbaycanlı Rusiyada azadlıqdan məhrum edildi

Moskva Hərbi Dairə Məhkəməsi Azərbaycan əsilli Murad Nəcəfovu İŞİD terror qruplaşmasından iştiraka görə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Lakin onun neçə il azadlıqdan məhrum edildiyi bildirilmir.

Orenburq vilayətində yaşayan 1993-cü il təvəllüdlü Murad Nəcəfov 2014-cü ildə Suriyaya gedərək İŞİD-ə qoşulub. O, İŞİD-in nəzarəti altında olan ərazilərdə patrul xidməti çəkib, sənədlər və nəqliyyatın yoxlanılmasında iştirak edib.

2015-ci ilin mayında Murad Nəcəfov şəxsi işi ilə əlaqədar Suriyadan Türkiyəyə gəlib. Amma o, miqrasiya qanunvericiliyini pozduğu üçün yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Rusiyaya deportasiya edilib. Nəcəfov Ufa aeroportunda ötən ilin avqustunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb. O, istintaq prosesində günahını etiraf edərək peşman olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm