Ali məktəbə hazırlaşan 17 yaşlı qız özünü niyə asdı? - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Ali məktəbə hazırlaşan 17 yaşlı qız özünü niyə asdı? - TƏFƏRRÜAT

Ağcabədi rayon sakini Ülkər Quliyevanın intihar etməsi barədə ilkin ehtimallar müəyyən olub.

Ü.Quliyevan yaşadığı Şahsevən Təzəkənd kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, o, çox yaxşı oxuyan, ağıllı biri olub: "Bu il ali məktəbə hazırlaşırmış. Məktəbin ən qabaqcıl şagirdlərindən olub. Lakin son sınaq imtahanlarında nəticəsi yaxşı olmayıb. İlkin ehtimal edilir ki, sınaqda az bal topladığına görə intihar edib.

Sakinlər bildirib ki, Ü.Quliyevanın ailəsində də heç bir problem olmayıb: “Ailə imkanlıdır, heç bir maddi sıxıntıları yoxdur. Qardaşı Bakıda ali məktəbdə oxuyur. Ülkər də ali məktəbə hazırlaşırdı. Ülkərin ölümünə heç kim inana bilmir. Onun sinif yoldaşları ilə də münasibəti yaxşı olub. Dünən sonuncu dəfə sinif yoldaşları ilə şəkil çəkdirib, onlardan ayrılıb. Evə gələndən sonra isə intihar edib".

Qeyd edək ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kənd sakini, 1999-cu il təvəllüdlü Quliyeva Ülkər Ələmdar qızı ötən gün günorta saatlarında özünü yaşadığı evin həyətindəki bağda ağacdan asıb.

Gülxar

***

Ağcabədi rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon prokurorluğundan “Report”a verilən məlumata görə, 1999-cu il təvəllüdlü Ülkər Quliyeva özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm