Sumqayıt xəstəxanasında intihar: Özünü 4-cü mərtəbədən atdı
Bizi izləyin

Hadisə

Sumqayıt xəstəxanasında intihar: Özünü 4-cü mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Dəhşətli hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb. Xeberle.com-a daxil olan məlumata görə xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib.

Xəstəxana ilə əlaqə saxlamaq istəsəkdə cəhdlərimiz uğursuz alındı. Telefon zənglərinə cavab verən tapılmadı. Sumqayıt şəhər Səhiyyə şöbəsindən isə Xeberle.com-a hadisə barəsində məlumatsız olduqlarını bildirdilər.

Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm