Yaralı Ağdam sakini Bakıya gətirilir - FOTO
Bizi izləyin

Hadisə

Yaralı Ağdam sakini Bakıya gətirilir - FOTO

Ermənilərin atdığı top mərmisinin partlaması nəticəsində yaralanan Məmmədov Elnur Polu oğlu paytaxt Bakıya - Elmi-Tədqiqat Ağciyər Xəstəlilikləri İnsitutuna köçürülür.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, E.Məmmədovun ağ ciyərində aparılan əməliyyatın davamlı müalicəsi üçün paytaxtdan gələn mütəxəssislərin məsləhəti ilə ambulansla Bakıya göndərilir.

Qeyd edək ki, Ağdamın Əfətli kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu, aprelin 27-dən 28-ə keçən gecə erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində qəlpə yarası alıb. Topdan açılan mərmi onun həyətyanı torpaq sahəsinə düşüb və nəticədə qəlpələr E.Məmmədovun ciyərini parçalayıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan yaralıdan 2 ədəd qəlpə parçası çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm