Qadağan edilmiş dərmanlar satan aptek aşkarlandı - VİDEO
Bizi izləyin

Hadisə

Qadağan edilmiş dərmanlar satan aptek aşkarlandı - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin əməkdaşları tərəfindən Dədə Qorqud küçəsi, bina 33-də fəaliyyət göstərən aptekdə satışı qadağan edilən güclü təsir edən dərman preparatlarının satışı aşkar edilib.

Aparılan əməliyyat tədbirləri nəticəsində aptekdə 580 ədəd müxtəlif adda güclü təsiredici olan preparatlar aşkarlanıb və orada əczaçı işləyən Gəncə şəhər sakinləri Aqil Kazımov və Nazilə Cəfərova saxlanılıb. Araşdırma zamanı aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi, heç bir sənədinin olmadığı da müəyyən edilib.

Ceyhun İsmayılov - Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi: "Ümumi sayı 580 ədəd psixatrop maddə tərəfimizdən götürülümüşdür. Onlardan 260 ədəd Kantromal 50 ədəd Tramadol, 163 ədəd Lirika preparatları götürülmüşdür."

Qadağan edilən preparatların bir qisminin qonşu ölkələrdən gətirildiyi məlum olub. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm