Hadisə
"Rembo” ləqəbli hərbçimiz komadan ayıldı
Yaralı hərbiçimiz "Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadov komadan ayılıb.
"BAKU.WS" məlumat verir ki, bu haqda sosial şəbəkədə xəbər yayılıb. Xəbərdə qeyd olunur ki, Rembonun ayılması ilə bağlı məlumatı atası bildirib. O deyib ki, hərbiçimiz ayılan kimi anasını istəyib. Razi Cavadov həkim nəzarəti altında müalicəsini davam etdirir.
Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı "Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Onun üç azyaşlı uşağı - iki oğlu, bir qızı var.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia