Bakıda daha bir tükürpədici hadisə - 14 yaşlı qıza təcavüz etdi
Bizi izləyin

Hadisə

Bakıda daha bir tükürpədici hadisə - 14 yaşlı qıza təcavüz etdi

Bakının Nizami rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Səidə Məmmədova (ad və soyad şərti verilib) təcavüzə məruz qalıb. Naməlum şəxs 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Səidə Məmmədova təcavüzə məruz qalması ilə bağlı Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, bildirib ki, mayın 2-də, günorta saat 13 radələrində özünü Məmməd kimi təqdim edən kişi hədə-qorxu gəlib və onunla cinsi əlaqədə olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətin Zaqatala rayon sakini, 1963-cü il təvəllüdlü Qurban Məhəmməd oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm