Rusiyada polisin ailəsini öldürənlərə ittiham elan olundu
Bizi izləyin

Hadisə

Rusiyada polisin ailəsini öldürənlərə ittiham elan olundu

Mayın 4-də Rusiya İstintaq Komitəsinin Baş istintaq idarəsi Sızran polisinin keçmiş rəisi Andrey Qoşta və onun ailəsini öldürməkdə şübhəli bilinən üç azərbaycanlıya – İslam Babayevə, Orxan Zöhrabova və Roman Fətəliyeva ittiham elan edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, iki və daha çox adamı öldürmək, azyaşlı adamı öldürməyə cəhd və quldurluq maddələri ilə təqsirkar hesab olunurlar.

Bu dəhşətli hadisənin dördüncü iştirakçısı olan Tacikistan vətəndaşı Mahmadali Əhmədov da artıq İstintaq Komitəsinə gətirilib. Müstəntiqlər ona ittiham elan etməyə hazırlaırlar.

Rusiyanın Samara vilayətində Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.

Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. O, hazırda koma vəziyyətindədir. Məhkəminin hökmü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm