Bakı metrosunda HƏYƏCAN: Qatar tuneldə qaldı
Bizi izləyin

Hadisə

Bakı metrosunda HƏYƏCAN: Qatar tuneldə qaldı

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub.

Bu barədə Publika.az-a sərnişinlər məlumat verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, gecikməyə səbəb “Həzi Aslanov” stansiyasından “İçərişəhər” istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır.

“Qatarda nasazlıq aşkarlandığına görə, “Qara Qarayev” stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm