Lənkəranda ŞOK OLAY: “Azərsu”yun “işçiləri” evə basqın etdilər - FOTOLAR
Bizi izləyin

Hadisə

Lənkəranda ŞOK OLAY: “Azərsu”yun “işçiləri” evə basqın etdilər - FOTOLAR

Lənkəran şəhərində basqın və soyğunçuluq hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, insident şəhərin Şah İsmayıl Xətai küçəsi, 54 ünvanında, Qurbanova Zəminə Zeynalabidin qızına məxsus evdə qeydə alınıb.

Hadisə baş verən sözügedən şəxsin gəlini, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayeva Ülviyyə Eyvad qızı evdə olub.

Əvvəlcə özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən bir qadın evə yaxınlaşıb. O qapını açan Ü.Ağayevaya sudan istifadəyə görə borclarının olduğunu bildirib və ödəməsini xahiş edib. Ardınca qadın ondan içməyə su istəyib, Ü.Ağayevə su gətirməyə gedən zaman isə, arxadan onun boyun nayihəsinə küt alətlə zərbə endirib. Qadın huşunu itirsə də, baş verənləri eşidib. O yerə yıxıldıqdan sonra evə iki gənc oğlan da daxil olub. Əvvəlcə zərərçəkənin damarına tərkibi hələ ki, məlum olmayan maye yeridilib. Daha sonra isə evdə olan qızıl-zinət əşyaları oğurlanıb. Oğurlanan qızıl-zinət əşyaları sonradan həyətin hasarının yanından tapılıb.

Hadisə baş verən zaman qadın hamilə olub. Vəziyyəti ağırlaşan Ü.Ağayeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı Lənkəran şəhər rayon polis şöbəsində araşdırmalara başlanılıb. Qadından götürülən qan nümunəsi tərkibi araşdırılması üçün laboratoriya müayinəsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm