Hadisə
Moskvada Azərbaycana qarşı erməni təxribatı - FOTO
Ermənilər Moskvada Azərbaycana
qarşı təxribat törətməyə cəhd ediblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata
görə, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələri bu gün
paytaxtda keçirilən “Ölümsüz Polk” yürüşü zamanı separatçı rejim
olan qondarma “DQR”-in bayrağını qaldırmağa cəhd ediblər.
Moskva hökumətinin dəvəti ilə faşizm üzərində qələbənin 71-ci
ildönümünə həsr olunan “Ölümsüz Polk” yürüşünə dəvət olunan Rusiya
Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Ümumrusiya Azerbaycan
Konqresinin (ÜAK) fəalları erməni diasporunun bu təxribatının
qarşısını alıb. Onlar erməni diasporuna etiraz edərək onların
yürüşdə qondarma “DQR” bayrağını qaldırmağa imkan verməyiblər.
AMOR və ÜAK üzvləri ilə erməni diasporu arasında yaşanan
qarşıdurmaya Moskva polisi müdaxilə etməli olub. Polis erməni
diasporuna separatçı rejimin simvolunu yürüş məkanından yığışdırmaq
barədə xəbərdarlıq edib.
Beləliklə, erməni tərəfinin müqavimətinə baxmayaraq azərbaycanlı
gənclər növbəti dəfə vətənpərvərlik və birlik göstərərək təxribatın
qarşısını alıblar.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...