Gəncədə bazar yanıb
Bizi izləyin

Hadisə

Gəncədə bazar yanıb

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 600 kv.m olan bazarın ərazisində soyuducu yanıb və yüksək temperaturdan bazarın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm