Silahlılar azərbaycanlı rəisi girov götürdü
Bizi izləyin

Hadisə

Silahlılar azərbaycanlı rəisi girov götürdü

Dağıstan Muxtar Respubliaksının Dərbənd şəhərindəki yerli Cinayət-axtarış İdarəsinin rəhbəri Musa Musayev döyüşçülər tərəfindən girov götürülüb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Dərbəndin keçmiş meri Hacıəhməd Qaziəhmədovun atasının qətlində şübhəli bilinən şəxsin tutulması üçün keçirilən əməliyyatın gedişatında baş verib.

“İnterfaks”a Dağıstanın güc strukturlarındakı mənbə bildirib ki, o, döyüşçülərin olduğu mənzildə saxlanılır. Mənbə qeyd edib ki, onlar hüquq mühafizə orqanlarının nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırırlar.

Mənzil polis tərəfindən mühasirəyə alınıb.

Əməliyyat zamanı döyüşçülər hüquq mühafizə orqanlarının bir neçə əməkdaşını yaralayıb. Yaralananlardan biri də Rusiya Daxili İşlər Nazriliyinin Dərbənd bölməsinin sahə xidmətinin rəisidir. Onlar yaşayış evlərindən birində mühasirəyə alınan döyüşçülərlə atışma zamanı zərər çəkiblər.

Qeyd edək ki, Dağıstanda aprelin sonunda Şamil rayonunun keçmiş polis rəisi Məhəmməd Məhəmmədov vurulub. 2015-ci ildə təqaüdə çıxan polis rəisinin yerli cinayətkar qrup tərəfindən vurulduğu ehtimal edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm