Biləsuvarda zəncirvari qəza: ölü və yaralılar var - FOTO
Bizi izləyin

Hadisə

Biləsuvarda zəncirvari qəza: ölü və yaralılar var - FOTO

Biləsuvarda yol qəzasında 1 nəfər öldü, 2 nəfər yaralandı.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Ələt - Astara magistral yolunun 94-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Biləsuvarda qəzaya uğramış

Cəlilabad rayon sakini Əlifağa İsayevin idarə etdiyi “Qazel” markalı yük maşını həmyerlisi Vüsal İbrahimovun idarə etdiyi “Mersedes” markalı avtomobilə, sonra Quba sakini Həmzə Ağayevin idarə etdiyi “Siat” markalı maşına, daha sonra Biləsuvar rayon sakini Kamal Abdullayevin idarə etdiyi “Pejo” markalı minik avtomobilinə çırpılıb.

Qəzaya düşmüş

Zəncirvari qəza nəticəsində”Pejo”nun sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Biləsuvar mərkəzi rayon xəstəxanasindan verilən məlumata görə, Elməddin İsayevin vəziyyəti ağırdır.

Zəncirvari qəzanın baş vermə səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Biləsuvarda baş vermiş qəzadan görüntü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm