Azər Bülbülün ölüm anı - VİDEO
Bizi izləyin

Hadisə

Azər Bülbülün ölüm anı - VİDEO

Türkiyənin Azərbaycan əsilli məşhur müğənnisi Azər Bülbülün ölümündən əvvəl son görüntüləri yayılıb.

ANS-in məlumatına görə, Türkiyənin Bülbülü ürək çatışmazlığından vəfat edib.

Yayılan kadrlarda ağrı içində qovrulan məşhur sənətçi həkimə sinə hissəsində bir ağrı hiss etdiyini bildirir.

Əsl adı Sabutay Kəskin olan Azər Bülbül 1969-cu ildə Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda dünyaya gəlib. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçən müğənni müsiqi həyatına “Qərib Yolçu” albomu ilə başlayıb.

Bülbül daha sonra “Yalan olar”, “Mən sənə vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı, ey can”, “Toxunmayın, çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.

Azər Bülbül məşhur “Maral” mahnısının müəllifi sayılır. 2007-ci ildə “Maral” mahnısını ilk dəfə Azər Bülbül ifa edib.

42 yaşlı Azər Bülbül 2012-ci il yanvar ayında Antalyada qaldığı oteldə ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm