Bu gün təmas xəttində monitorinq keçiriləcək
Bizi izləyin

Hadisə

Bu gün təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalından keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm