Hadisə
Azərbaycanlılara hücum edən 25 erməni barəsində cinayət işi başlanıb
Ukraynanın Lvov şəhərində azərbaycanlılara silahlı hücum edən ermənilərin sayı məlum olub.
Lvov birləşmiş azərbaycanlıları konqresinin sədri Teymur Məmmədovun APA-ya verdiyi xəbərə görə, şəhər polisinin rəhbərliyi bununla bağlı məlumat verərək bildirib ki, hücum edən ermənilərin sayı 25 nəfər olub.
Hadisə ilə bağlı onlara qarşı yerli polis tərəfindən cinayət işi
açılıb. Onlar barəsində Ukrayna Cinayət Məcəlləsinin müvafiq
maddələri üzrə xuliqanlıq, etnik qarşıdurma yaratma və həyati
təhlükə yaradan sağlamlığa ağır zərərvurma ittihamları cinayət işi
başlanıb, axtarış elan edilib.
Onların adları məlumdur, lakin əməliyyat sirri olduğu üçün açıqlanmır.
Xatırladaq ki, 12-15 may tarixlərində Ukraynanın Lvov şəhərində uşu-sando üzrə Avropa birinciliyi keçirilib. Həmin vaxt yarışda separatçı "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi dava baş verib. Mayın 16-da isə bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...