FHN torpaq altında qalan şəxsi xilas etdi
Bizi izləyin

Hadisə

FHN torpaq altında qalan şəxsi xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə, Cəlilabad rayonu, Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş vermiş və nəticədə 1 nəfər fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub.

Publika.az FHN-in saytında istinadən xəbər verir ki, dərhal Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq xilas edilərək, Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Əməliyyat saat 09:28-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm