Qusarda DƏHŞƏT: Nəvəsinin gözü qarşısında gəlininin başını kəsdi – Bir qətlin tarixçəsi
Bizi izləyin

Hadisə

Qusarda DƏHŞƏT: Nəvəsinin gözü qarşısında gəlininin başını kəsdi – Bir qətlin tarixçəsi

Gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1938-ci il təvəllüdlü AmaxanNəcərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.Az xəbər verir ki, qətl hadisəsi Qusar rayonu, Avaran kəndində qeydə alınıb. Amaxan Nəcərov 25 iyul 2015-ci il tarixdə, saat 00:20 radələrində yaşadığı Qusar rayonunun Avaran kəndindəki evə gəlib. O, evin ikinci mərtəbəsindəki otaqda uzanıb.

Qayınata və gəlinin davası

Bu zaman əvvəllər mütəmadi olaraq onunla mübahisə etmiş gəlini, 1977-ci il təvəllüdlü Sevinc Məmmədovadan gün ərzində harada olmasını soruşub. Sevinc əsəbi halda cavab verərək onu nalayiq söyüşlərlə söyüb.

Amaxan Nəcərov gəlinindən evdən atası evinə getməyi və bir daha geri qayıtmamağı tələb edib. Gəlin-qaynata arasında başlamış mübahisənin gedişatında evin birinci mərtəbəsində olan təqsirləndirilən şəxs Amaxan Nəcərovun nəvəsi və zərərçəkmiş şəxs Sevinc Məmmədovanın qızı, 12 yaşlı Məryəm Nəcərova və Amaxan Nəcərovun oğlu, mərhumun həyat yoldaşı Sevinc Məmmədovanın əri Valeh Nəcərov mübahisə olan həmin otağa gəlib.

Gəlindən qayınataya hədə

Valeh Nəcərov həyat yoldaşını sakitləşdirməyə çalışsa da, Sevinc Məmmədova onun sözlərinə əhəmiyyət verməyib. Sevinc ərinə işarə etməklə Amaxan Nəcərova divanın altında qanunsuz tüfəng saxladığını deyib. O, bu haqda polisə şikayət edəcəyini bildirib. Sevinc Məmmədova daha sonra evdən getməsi üçün əşyalarını toplamağa başlayıb.

Bundan sonra AmaxanNəcərov gəlini Sevinc Məmmədovanın davranışından qəzəblənərək qisas alaraq onu öldürmək qərarına gəlib. O, bu məqsədlə öz otağında, divanın altında saxladığı ov tüfəngini götürüb və tüfəngin yanında olan patrondaşdan iki ədəd atəş üçün yararlı olan dolu patronları çıxararaq tüfəngin lüləsinə yerləşdirməklə atəşə hazır vəziyyətə gətirib. O, daha sonra tüfəngi həmin otaqda olan stulların arasında gizlədib.

Sevinc Məmmədova yenidən Amaxanınolduğu otağa qayıdıb və şkafda olan məişət əşyalarını toplayıb. Bu zaman Amaxan Nəcərov stulların arasında gizlətdiyi tüfəngi götürərək oğlu Valeh Nəcərovun və nəvəsi, azyaşlı Məryəm Nəcərovanın gözləriqarşısında gəlininə tərəf atəş açıb.

Qətl

Həmin vaxt Sevinc Məmmədova birinci dəfə açılan atəşdən döş qəfəsindən xəsarət alıb. Bu zaman Valeh Nəcərov onun əlindəki tüfəngi almaq istəyib. Buna baxmayaraq, o, ikinci dəfə atəş açıb.

Lakin Amaxan Nəcərovun açdığı ikinci atəş hadisə yerində evin divarına dəyib. Yalnız bundan sonra Valeh Nəcərov atasının əlindən cinayətin aləti olan tüfəngi alıb və atası ilə birlikdə hadisə baş verdiyi otaqdan çıxıb. Valeh Nəcərov atasından aldığı tüfəngi sındırıb və həyətə atıb.

Daha sonra Valeh evin birinci mərtəbəsinə düşərək kömək çağırmağa gedib. Bu vaxt Amaxan Nəcərov oğlu Valeh Nəcərovun kömək çağırmağa getdiyini görüb və o, Sevinc Məmmədovanın hələ də ölmədiyini güman edərək, yenidən hadisə olan otağa qayıdıb.

NəvəsininN yalvarışlarına baxmayaraq...

Amaxan Nəcərov otaqda masanın üzərində olan bıçağı götürərək Sevinc Məmmədovanın yanında dayanıb. Amaxan bu zaman orada ağlayan və anasına qarşı başqa hərəkətlər etməmsi üçün babasına yalvaran nəvəsi Məryəm Nəcərovanın gözləri qarşısında əlindəki bıçaqla Sevinc Məmmədovanın boğazını kəsib. Sevinc Məmmədova hadisə yerində ölüb.

18 il 6 ay həbs cəzası

Amaxan Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amaxan Nəcərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amaxan Nəcərovun vəkili Şirin Atayev apelyasiya şikayəti verib.

Vəkil qeyd edib ki, Amaxan Nəcərovun əməli Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsüf edilərək, ona yüngül cəza təyin edilməlidir.

Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cəzadan 1 il çıxıldı

Məhkəmədə çıxış edən vəkil bildirib ki, Sevinc Məmmədova Amaxan Nəcərovun oğlu iləboşansa da, sonuncuya məxsus evdən köçməyib: “Amaxan Nəcərovun oğlu Valeh Nəcərov dörduşağına aliment ödəyə bilməyib, onları dolandıra bilməyib. Buna görə ailədə həmişə söz-söhbət olub. Sevinc Məmmədova evlərə gedərək təmizlik işləri görüb, dəfələrlə səhər tezdən evdən çıxıb. Sevinc evə gec qayıdıb və bəzən gecələr evə gəlməyib. O, öz hərəkətləri barədə nə həyat yoldaşına, nə dəqaynatasına heç bir məlumat verməyib. Bu səbəbdən azyaşlı uşaqlar çox vaxt babalarının ümidinə qalıblar. Sevinc Məmmədova özünü qaynatasına qarşı nalayiq aparıb, həmişə onu təhqir edib. Valeh Nəcərov da Sevinclə bacarmayıb”.

Müdafiəçi apelyasiya şikayətinin təmin edilməsini hakim kollegiyasından xahiş edib. Hakimlər tərəflərin fikirlərini öyrənəndən sonda qərar elan ediblər. Qərara görə, Amaxan Nəcərovun cəzasından 1 il çıxılıb və ona qəti olaraq 17 il cəza təyin olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm