Əli Kərimli qəza törətdi: ölənlər var
Bizi izləyin

Hadisə

Əli Kərimli qəza törətdi: ölənlər var

Vida mərasimində dualar oxunduqdan sonra cənazələr ailələrə təhvil verilib. Türkiyənin Uşak vilayətində 3 azərbaycanlı tələbənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra mərhumların cənazəsi Azərbaycana yola salınıb.

Bu barədə azxeber.com-a mərhumların tələbə yoldaşları məlumat verib.

Vəfat edən 3 gəncin ailələri bu gün Türkiyəyə gələrək onların cənazələrini Bakıya aparıblar. Buna qədər isə, Uşak Dövlət Universitetində vida mərasimi keçirilib. Mərhumların tabutları Azərbaycan bayrağına sarılaraq universitetin həyətinə gətirilib. Vida mərasimində universitetin rektoru Sait Çelik, Azərbaycanın Ankaradakı Baş Konsulluğunun təhsil müşaviri Nəcibə Nəsibova, Uşaq Polis Şöbəsinin rəisi Ogün Toprak, universitet müəllimləri və tələbələr iştirak ediblər.

Vida mərasimində dualar oxunduqdan sonra cənazələr ailələrə təhvil verilib.

Xatırladaq ki, ötən gecə saat 22.20-də Əli Kərimli adlı azərbaycanlının idarə etdiyi 64 LV 846 nömrə nişanlı avtomobil yüksək sürət səbəbindən idarəetmədən çıxıb və əvvəlcə elektrik dirəyini aşırıb, daha sonra qarşı tərəfdən gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb. Avtomobildə olan üç tələbədən ikisi - Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində ölüb. Digər tələbə Anar Musayev isə xəstəxanada keçinib. Sürücü Əli Kərimli, sərnişin Mayıs Həsənov və digər avtomobilin sürücüsü Adnan Kan, onun həyat yoldaşı və 3 uşağı ağır yaralanıb. Yaralılar dərhal Uşak Dövlət Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm