Hadisə
QANDONDURAN HADİSƏ: Qəzaya düşən digər bacı da öldü - FOTOLAR (YENİLƏNİB)
Sentyabrın 15-də Novxanı qəsəbəsində qəzaya düşən bacıların ikincisi Leyla Qəhrəmanlı da vəfat edib.
Bu barədə “Qafqazinfo”ya L.Qəhrəmanlının yerləşdirildiyi Baku Medical Plazadan məlumat verilib.
Baş həkimin müavini Lalə Şəkərova L.Qəhrəmanlının bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib.
***
17.09.2016
Bir neçə gün əvvəl Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşən bacılardan biri, Leyla Qəhrəmanlının səhhəti hələ də ağırdır.
Məlumata görə, baş həkimin müavini Lalə Şəkərovaaçıqlamasında bildirib ki, L.Qəhrəmanlı hazırda reanimasiya şöbəsindədir: "Xəstənin vəziyyəti stabil-ağır olaraq qalır. Qəzadan sonra ilk olaraq "Semaşko" xəstəxanasına aparılıb, orada ilkin tibbi müdaxilə olunub. Sonra isə bizim klinikaya yerləşdirilib".
Bu arada qeyd edək ki, Leylanın bacısı Sürəyyə Qəhrəmanlı sözügedən qəzada vəfat edib. Onun yas mərasimi Sumqayıtda keçirilir.
Sosial şəbəkələrdə gənc qızların dostları və yaxınları onlarla bağlı xatirələrini paylaşıblar.
25 yaşlı Sürəyya isə sosial şəbəkədəki hesabında ölümündən bir neçə gün əvvəl həyatla bağlı bu paylaşımı edib:
"Həyat - nə qədər sadə səslənsən də, samitlərin qədər səs-küylü, bəzən qulaqları kar edəcək qədər səssiz, saitlərin qədər incəliklərlə, qalın layları xatırladan günbəgün üstüstə yığılan incəliklərlə dolu, hecaların sayda ikili rəng çeşidiylə, ağlı-qaralı dünyamızın təcəssümüsən. Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən".
***
Sentyabrın 15-də Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Sürəyya Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində sonuncu dəfə sentyabrın 12-də status paylaşıb.
Sürəyya Qəhrəmanlının sonuncu status belədir: "Göyçay... doğma diyar, doğma məmləkət. Təbiətin sehri... Hər qarışın illər boyu ruha şəfa, gözlərə ovsundur... Valehedicisən, uşaqlığımın əsərisən... Ən gözəl cağlarimin ən məsum fotonüsxəsisən. Göz önümdə canlanırsan gündüzlər əyləncə dolu məqamlarınla, gecələr ulduz axışında arzularimla.
Sən ilkə imzamsan, bilirsən niyə? Sənət vurğunu, Azər Zeynalovun ifasinda dinləmiş oldugum "Ana" mahnısını barmaqlarimla fortepiano dillərində səsləndirməmin və fortepianoya istəyimin sevgimin alişqanliğinin ilk addimlarisan... Səninlə dillənir usaqlığımın sədasi.
Novruz adətlərinlə ilk səndə tapdim birliyin, doğmalığın, dostluğun nə demək olduğunu. Çünki özümüdərk səndən başladi. Hardasan ay qayğisiz illər? Hardasan?.."
Qəzada həlak olan Sürəyya Qəhrəmanlı onunla birlikdə qəzaya düşmüş Leyla Qəhrəmanlıya hadisədən bir neçə gün öncə status da həsr edib:
"Əgər yanında hüzurverici sima varsa, günə uğurla başlamısan, demək... İbrət götürləcək ürəyə və gözlərə sahiblənməyin sənə tam əminliklə çığınmaq deməkdir.
Sən səni dərk etdiyim gündən sonsuzadək, müqayisə aparıb fərqinə vardıqlarımdan ən mükəmməlisən. Səni qədər özəl bir neçə simanın əhatəmdə olmasını istərdim. Səni verənə şükür!"
Sürəyya Qəhrəmanlının digər statusu isə belədir: "Həyat. Nə qədər sadə səslənsə də... Samitlərin qədər səsli-küylü. Bəzən qulaqlari kar edəcək qədər səssiz. Saitlərin qədər incəliklərlə, qalın layları xatırladan, günbəgün üst-üstə yığılan cətinliklərlə dolu... Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən..."
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Novxanı qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi
"Chevrolet" "MAN" markalı yük maşınına çırpılıb.
Sürəyya Qəhrəmanlı hadisə zamanı ölüb. Onun bacısı, 1992-ci il
təvəllüdlü Leyla Qəhrəmanlı xəstəxanaya yerləşdirilib. Leyla
Qəhrəmanlının vəziyyətinin ağır olduğu bildirilir.
Hər iki bacının Baku Medical Plazada işlədiyi bildirilir.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.
***
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 15 setyabr səhər saat 08.15 radələrində Novxanı qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi “Chevrolet” “MAN” markalı yük maşınına çırpılıb.
Sürəyya Qəhrəmanlı hadisə zamanı ölüb. Onun bacısı, 1992-ci il təvəllüdlü Leyla Qəhrəmanlı xəstəxanaya yerləşdirilib.
Leyla Qəhrəmanlının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Sürəyya Qəhrəmanlı Baku Medical Plazada işləyirmiş.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. (Teleqraf.com )
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil19 Noyabr 20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO























.jpg)


.png)











.png)