Hadisə
Azərbaycanda avtoritetlərin ''sxodka''sı zamanı POLİS ƏMƏLİYYATI
Kürdəmir rayonunda kriminal avtoritetlərin sxodkası
keçirilib.
Tədbir sentyabrın 16-da, saat 17.00-da Kürdəmir rayonun mərkəzində çay evlərindən birində baş tutub. Sxodkada iştirak edən kriminal aləmin fəal üzvləri öz aralarında ərazi bölgüsü, kriminal aləmin kassasına pulun yığılması və bəzi məsəllələrin həlli məsələləri müzakirə edilib.
Kriminal aləmin fəal üzvlərinin bir araya toplaşması barədə polisə
məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi və Kürdəmir rayon polis şöbəsi
əməkdaşları kriminal ailəmin fəal üzvlərinin toplaşdığı çay evində
əməliyyat keçirib.
Polislər kriminal aləmin fıəal üzvləri olan Rauf M, Cahandar E, Araz A ,Nicat M, Zaur M, Anar D. adlı şəxsləri saxlayıblar. Əməliyyat zamani Araz A və Nicat M polislərin əlindən qaça bilib. Bu zaman qaçan həmin hər iki kriminal aləmin fəal üzvlərinin xəsarət aldığı bildirilir. Onların hansı şəraitdə xəsarət almaları açıqlanmır.

Qeyd edək ki, həmin çay evində toplaşan şəxslər kriminal aləmdə
“Seyid” ləqəbi ilə tanınan Miryusif Əsədovun yaxın adamları olduğu
bildirilir. İddia olunur ki, Kürdəmirdə keçirilən əməliyyat zamanı
“Rauf M” şifrəli adla saxlanılan şəxs Miryusif Əsədovun yaxın
silahdaşı “Yapon” ləqəbi ilə tanınan Rauf Məmmədovdur.
Rauf Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində
Miryusif Əsədovla birlikdə mühakimə olunub və məhkəmənin hökmü ilə
3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rauf Məmmədov ötən il
həbsdən azad olunduğu bildirilir.
Digər “Nicat M” şifrəli adla həbs olunan şəxsində Nicat Məmmədov
olduğu bildirilir. Nicat Məmmədov da bir müddət əvvəl Miryusif
Əliyevlə birlikdə mühakimə olunub və o, 4 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib. Nicat Məmmədovun bu ilin avqustunda
həbsdən azad olunduğu bildirilir.
Qeyd edək ki, Miryusif Əliyev və digər şəxslər paytaxtın Sabunçu, Nizami və digər rayonlarında mağazalara basqın ediblər və xeyli sayda pul aparıblar. Onlar Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə quldurluq və digər cinayətlərdə ittiham olunan Miryusif Əsədov 6 il, Nicat Məmmədov 4 il 6 ay, Əhməd Ərəbov 4 il 6 ay, Rauf Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./criminal.az/
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi






















.png)













