Hadisə
İtlər deputata hücum etdi
Milli Məclisin deputatı Elmira Axundova dincəlmək üçün yolandığı istirahət mərkəzində qorxulu anlar yaşayıb.
Deputatın Baləkən rayonunda yerləşən istirahət mərkəzlərinin birində oğlu, gəlini və 7 yaşlı nəvəsi ilə birlikdə yol üstü kabab yemək istəməsi ona baha başa gəlib. Bu barədə Elmira Axundova Haqqın.az-a yazdığı məqaləsində bildirib.
Sahibsiz itlərin ailəvi istirahət mərkəzinin içində dolaşdığını və az qala onlara hücum etdiklərini söyləyən deputat çox qorxduqlarını, hətta sifariş etdiklərin kababın hamsını itlərə yedizdirdiklərini qeyd edib.
“Oturduğumuz masanın ətrafında dolaşan qorxunc itlər bizi elə bir təlaş salmışdı ki, bütün kababları ona atmalı olduq, iki köpəyin yemək üstündə davası bizi o qədər qorxutdu ki, bütün yeməkləri onlara atıb maşına sarı qaçdıq. Bütün bu vəziyyətlə bağlı restoran işçilərindən təhükəsizlik tədbirlərinin görülməsini tələb etdik. Bizə istirahət mərkəzinin 2 hektar ərazini əhatə etdiyini və hasarlanmadığını bunun üçün özlərinin belə əllərində çomaqla gəzdiklərini söylədilər”.
Nəzərə alsaq ki, insanlar yay boyu müxtəlif rayonlara isrtirahət üçün yolanır. Bu cür hallar turistlər və xüsusən də uşaqlar üçün ciddi təhlükədir. (A24.az)
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO



































.jpg)
