Hadisə
Məşhur yazıçının oğlu məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət
ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü
təqsirli bilmədiyini deyib. Proses sentyabrın 28-də davam
edəcək.
İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili
olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs
edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis
İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü
vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat
pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO



































.jpg)
