Hadisə
Sinif yoldaşının anasını bıçaqladı: 10 bıçaq zərbəsi alan qadın sağ qaldı
Sinif yoldaşının anasını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. O, quldurluq məqsədi ilə girdiyi mənzildə sinif yoldaşının anasına 10 bıçaq zərbəsi endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesdə şahid qismində iki nəfər ifadə verib. Qonşu Nailə Əsədova ifadəsində hadisə baş verən evin yaxınlığında olduğunu və qətlə yetirilən Aynur Teymurovanı qanın içində gördüyünü söyləyib.
"Aynur xanım qanın içində idi. O, dedi ki, Qulu ilə Kamran onu bıçaqlayıb. Öldürmək istəyirmişlər. Onu bıçaqlayanlardan birisinin oğlu Əmrahın sinif yoldaşı Kamran olduğunu dedi. Evə quldurluq məqsədi ilə giriblər" - deyə şahid qeyd edib.
Digər şahid Lalə Teymurova isə bıcaqlanan qadınla qohum olduqlarını söyləyib. Və hadisədən xəbər tutduqdan sonra A.Teymurovanın evinə gediblər: "Biz çatanda hər yer qan idi. Aynuru təcili yardımla xəstəxanaya apardıq. O, dedi ki, bütün bədəni deşik-deşikdir. Qulunu qəsəbə sakini kimi tanıyırdım. Kamran da bizim qohumun sinif yoldaşı idi".
Məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi sentyabrın 30-na təyin edilib. Qeyd edək ki, hadisə ötən il noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Qəsəbə sakini Aynur Teymurova yaşadığı mənzildə bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulublar. Onlar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərbə vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar. (musavat.com)
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
