Hadisə
Rejissor restoranda öldü, məclis davam etdi - FOTOLAR/VİDEO (YENİLƏNİB)
Hadisə Bakının 1-ci mikrorayonundakı restoranlardan birində baş verib.
Ələkbər Kazımovski aktrisa Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub:
“Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.
Ələkbər Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib:
“Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi “yox”. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Bir qohumlarının tövsiyyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi”.
Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.(musavat.com)
***
Aktrisa Nahidə Orucovanın şad gününə vay düşüb.
Publika.az xəbər verir ki, aktirisanın bu dəqiqələrdə Bakıdakı restoranlardan birində keçirdiyi ad günündə məşhur rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.
Məclis başlamamış, bir neçə dəqiqə əvvəl masa arxasında əyləşən rejissorun halı pisləşib və keçinib. Təcili yardım briqadası gəlsə də, onun ölümünü təsdiqləməkdən başqa çarəsi qalmayıb.
Ə.Kazımovski uzun müddət AzTv-də çalışıb. Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. telefilmlərin rejissoru idi. O, uzun illər AzTV-də çalışıb.Son zamanlar isə ANS telekanalında işləyirdi.
O, məşhur rejissor Rauf Kazımovskinin oğlu idi.
Allah rəhmət eləsin!
criminal.az
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?























.webp)










.jpg)


