Hadisə
Göyçayda yük avtomobili aşıb: ağır yaralılar var
Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.
“QAZEL” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobildəki şəxslər-Bəydövül kənd sakinləri, 1986-cı il təvəllüdlü Babayev Adil Səmid oğlu, 1988-ci il təvəllüdlü Babayev Sənan Sərkər oğlu və Kürdəmir rayon sakini 1970-ci il təvəllüdlü Əhmədov Vəfadar Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
