Hadisə
Şifahi razılığa gəlib avtomobil satdı, illər sonra başına oyun gəldi - VİDEO
Tanışı ilə razılığa gəlib sənədsiz avtomobil satdı, illər sonra başına bəla oldu.
Zaqatala sakini Nazim Məmmədov 2005-ci ildə etibarnamə ilə avtomobil alıb. Lakin bu etibarnamədə ona yalnız sürmək səlahiyyəti verilib. Buna baxmayaraq, Nazim Məmmədov 3 aydan sonra həmin avtomobili tanışına satıb. Alqı-satqı heç bir sənəd olmadan qarşılıqlı şifahi razılıq əsasında baş tutub.
Bu problem 9 il sonra üzə çıxıb. Hüseyn Zaxarov 1981-ci il istehsalı olan bu avtomobildən əsasən kəndlərarası yolda istifadə etdiyi üçün yol polisindən yayına bilib. 3 il əvvəl isə polisin yoxlaması zamanı avtomobilin sənədsiz oldugu ortaya çıxıb və avtomobil cərimə meydançasına aparılıb. Həmin vaxtdan Hüseyn Zaxarov, onu aldatdığına görə avtomobili aldığı Nazim Məmmədovu məhkəməyə verib. Məhkəmənin qərarına görə, Nazim Məmmədov Hüseyn Zaxarova 650 manat pul ödəməlidir.
Nazim Məmmədov deyir ki, razılaşmaya görə, avtomobili Hüseyn Zaxarov özü qeydiyyata salmalı imiş.
Avtomobili alan Hüseyn Zaxarov isə əksini iddia edir.
Avtomıobil isə 3 ildir ki, cərimə meydançasında saxlanılır. Mütəxəssislər isə bildirirlər ki, gələcəkdə belə problemlərin çıxmaması üçün alqı-satqı mütləq rəsmiləşdirilməlidir.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
