Hadisə
“Gördüm ki, mərhum Aynur qan içində üstümə gəlir”
Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlamada və quldurluqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Leyla Teymurova və Nailə Əsədova dindirilib.
Nailə Əsədova ifadəsində bildirib ki, hadisə zamanı evin yaxınlığında olub: "Səs-küy gəldi. Bir də gördüm ki, mərhum Aynur qan içində üstümə gəlir. Dedi ki, Qulu və Kamran məni bıçaqlayıb öldürmək istəyir. O dedi ki, Kamran onun oğlu Əmrahın sinif yoldaşıdır. Evə pul dalınca girmişdilər".
Lalə Teymurova isə ifadəsində mərhumla qohum olduğunu deyib. O, təqsirləndirilən şəxslərin hər ikisini qəsəbədə gördüyünü deyib: "Biz hadisə yerinə çatanda Aynur mənə dedi ki, evə oğurluğa giriblər. Bədəninin deşik-deşik olduğunu dedi. Biz onu xəstəxanaya çatdırdıq".
Məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses senytabrın 30-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra A.Teymurova dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.
Xatırladaq ki, təqsirləndirilən Kamran Cəfərzadə öldürülən Aynur Teymurovanın oğlu Əmrah Teymurovun sinif yoldaşı olub.(bizimyol.info)
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi






















.png)














