Hadisə
Nənəsinin sözünə baxmayan sinif yoldaşını xəstəxanalıq etdi - TƏFƏRRÜAT (YENİLƏNİB)
Qaradağ rayonunun Ələt qəsəbəsində 127 saylı məktəbin şagirdi Mustafa Muradovun vəziyyəti orta-ağır dəyərləndirilir.
Bu barədə Publika.az-a 1 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilib ki, M.Muradov xəstəxanaya yerləşdirilərkən qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozu qoyulub.
Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
***
Qaradağ rayonunun Ələt qəsəbəsində 127 saylı məktəbin şagirdi Mustafa Muradovun müəllimin oğlu tərəfindən döyülməsi xəbəri barədə məktəbin direktoru Mərhəmət Məmmədov Publika.az-a açıqlama verib.
O bildirib ki, dalaşan uşaqlar hər ikisi eyni sinifdə oxuyurlar: “Hadisə dərsdən sonra baş verib. Mustafa Muradovu döyən Azad İsmayılov eyni sinifdə oxuyurlar. Azadın nənəsi Ofelya Nəsirova həmin sinifdə Azərbaycan dili müəllimidir. Mustafa müəllimənin sözünə baxmayıb, səs salıb. Azad sinif yoldaşının nənəsini ələ salmasına əsəbləşib, dərsdən sonra onu çağırıb mübahisə ediblər. Mustafanın valideynləri istəyib ki, Azadın valideynləri gəlib onlardan üzr istəsin, ancaq işdə olduqlarına görə gedə bilməyiblər. Onlar da əsəbləşib belə bir məlumat yayıblar. Amma deyildiyi kimi uşaq ağır xəsarət almayıb”.
Direktor hər iki tərəfin valideynləri ilə danışdığını və Azadın valideynlərinin Mustafanın ailəsindən üzr istəyəcəyini deyib: “Hazırda heç biri dərsdə deyil. Aralarında barışıq olandan sonra dərsə buraxılacaqlar. Müəllim də şagirdlərin yerdən danışmağı, səs-küy salmalarından narazıdır. Ancaq uşaqlar arasında münasibət həmişə yaxşı olub”.
***
Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
Publika.az Report-a istinadən bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Gülxar
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq







































.jpg)
