Hadisə
Hövsanı su basdı - FOTOLAR
Suraxanı rayonu Hövsan qəsəbəsində su borusunun partlaması bir sıra problemlərin ortaya çıxmasına səbəb olub.
Publika.az xəbər verir ki, qəsəbə bazarının yerləşdiyi ərazidə su borusunun partlaması sakinlərin istifadə etdiyi yolun bağlanması ilə nəticələnib.
Borudan sürətlə axan su ətrafa yayılaraq ərazini basıb, gediş-gəliş dayanıb. Sakinlər başqa yollardan istifadə etməyə məcbur olublar. Bununla yanaşı, həyətyanı sahələr də su altında qalıb.
Sakinlər bildirir ki, tez-tez sıradan çıxan borunun bir hissəsi ilk dəfə bir neçə gün bundan əvvəl partlayıb. Nəticədə 16 saylı uşaq poliklinikasının qarşısındakı ərazi su altında qalıb. Bundan az sonra borunun qəsəbə bazarına aparan yolunda yerləşən hissəsi də sıradan çıxıb. Nəticədə gördüyünüz xoşagəlməz mənzərə yaranıb.
Hazırda partlamış borudan suyun qəsəbənin digər ərazilərinə axması davam edir. Əgər müvafiq qurum tədbir görməsə, ərazidəki istilikxana, digər həyət evləri də su altında qalacaq. Habelə su yaxınlıqdakı yaşayış binalarının zirzəmisilərini də basacaq.
Anar Tağıyev,
Fotolar müəllifindir
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
