Hadisə
Bacıların öldüyü qəzadakı "MAN"ın sürücüsü sərbəst buraxıldı - FOTOLAR
Sentyabrın 15-də Novxanı qəsəbəsində baş verən, Sürəyya və Leyla Qəhrəmanova bacılarının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.
Lent.az-ın məlumatına görə, faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlansa da, sonradan 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Bu arada məlum olub ki, Qəhrəmanova bacılarının avtomobilinin toqquşduğu "MAN”ın sürücüsü hadisədən sonra ifadəsi alınaraq sərbəst buraxılıb.
Ekspertizanın nəticəsi yük maşınının qəzaya səbəb olduğunu göstərsə, sürücü Kamran Məmmədov həbs ediləcək.
Qeyd edək ki, Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi, yəni Leyla Qəhrəmanova dünən vəfat edib. Sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanovanın idarə etdiyi "Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi "MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özəl xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb.















-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR






















.png)
















