Hadisə
Ukraynada daha bir azərbaycanlı iş adamı oğurlandı
Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqar adlı iş adamıdır.
Azərbaycanlı iş adamını oğurlayan şəxslər onun sağ olduğunu bildirsələr də, hələlik azad olunması müqabilində heç bir tələb irəli sürməyiblər.
Qeyd edək ki, son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı və övladları naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa azərbaycanlı iş adamlarına qarşı da sui-qəsd, obyektlərinin partladılması halları qeydə alınıb. Ukraynada yaşayan azərbaycanlılar sentyabrın 14-də Ukrayna Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər, onlar nazir Arsen Avakovdan məsələyə biganə qalmamağı tələb ediblər. Azərbaycan Baş prokuroru Zakir Qaralov isə məsələ ilə bağlı ukraynalı həmkarı Yuri Lutsenkoya müraciət edib.
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR






















.png)
















