Hadisə
Azərbaycanda 12 yaşlı uşağın cinsiyyəti dəyişdirilir
Bu gün Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.
Əməliyyat “İstanbul NS” klinikasında gerçəkləşdiriləcək. Əməliyyat zamanı uşaq qadın ediləcək.
Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov
əməkdaşımızla söhbətində prosedurun qanuni yollarla edildiyini
söyləyib.
Mütəxəssis bildirib ki, əməliyyat az sonra
başlayacaq:
“Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm
kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir
qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində
buna hermofroditizim deyilir. Xəstənin normal genotipi,
xromosomları, xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx"
daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu
Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert
rəyi var. Səhiyyə Nazirliyindən əməliyyatın icra olunmasına icazə
verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla
gerçəkləşdirilən bir əməliyyatdı.
Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”. (axşam.az)
Millət vəkili Musa Quliyev Publika.az-a bu əməliyyatların həyata keçirilməsinin normal olduğunu deyib: “Bu hal anomaliya hesab edilir. Necə ki, əldə, dodaqda müəyyən anomaliyalar olur, bu da ona oxşar bir haldır. Bunun üçün hər hansı qurumdan razılıq alınmasına ehtiyac yoxdur. Əgər şəxs 18 yaşına çatmayıbsa, o zaman valideynlərinin razılığının olması kifayətdir. Onlar bu əməliyyata razıdırsa, əməliyyat edilə bilər. Bu məsələdə sensasiya axtarmağa ehtiyac yoxdur".
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
