Hadisə
“Qara bazar”da dollar əməliyyatı: İki nəfər saxlanıldı, biri qaçdı – VİDEO/FOTO
Məlum olduğu kimi, banklarda dollar satışının məhdudlaşdırılması “qara bazar”ın canlanmasına səbəb olub. Ən məşhur qara bazar isə “28 May” metrostansiyasının arxasında fəaliyyət göstərir.
Bu ərazidə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Bu gün də axşam saatlarında “qara bazar”da qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb.
Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları "qara bazar" alverçilərindən ikisini saxlayıblar və bölməyə aparıblar.
Heç bir etiraz etmədən rahat şəkildə polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub. O, cəld tərpənərək, metro keçidinə düşüb.
Təəccüblüsü isə odur ki, polis əməkdaşları da onu təqib etməyiblər və digər iki alverçini bölməyə aparıblar.
Qeyd edək ki, “qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.





-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
