Hadisə
30 yaşlı kişi bıçaqlandı
Şəkidə 30 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çayqaraqoyunlu kənd sakini, 1986-cı il təvəllüdlü Tofiq Maarif oğlu Xəlilov döş qəfəsinin kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Üzərində cərrahiyə əməliyyatı aparılan 30 yaşlı Tofiq Xəlilov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Çayqaraqoyunlu kəndi ərazisində baş verib. Tofiq Xəlilovla həmkəndlisi 1986-cı il təvəllüdlü Hikmət Arif oğlu Musayev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Hikmət Musayev üzərində olan bıçaqla Tofiq Xəlilovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Hikmət Musayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
