Hadisə
Oğlunu hərbi xidmətə yola saldı, özünü asdı
Samux rayon Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədov bu gün səhər saatlarında yaşadığı evin həyətində mal-qara saxladığı tövlədə özünü asıb.
Bu barədə kəndin icra nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, iki qızı, bir oğlu olan R.Məmmədovun heç kimlə
problemi olmayıb və kənddə yaxşı bir insan kimi tanınıb. Sentyabrın
11-də onun oğlu hərbi xidmətdən 10 günlük mənzuniyyətə gəlib.
İntihardan bir gün əvvəl isə ata oğlunu öz hərbi hissəsinə yola
salıb.
Hərbi xidmətdə olarkən cərrahiyə əməliyyatı keçirdiyi üçün mənzuniyyətə gələn oğlu isə gələn ay hərbi xidməti başa vurmalıdır.
R. Məmmədovun cansız bədənini mərhumun məktəbli qızı və həyat yoldaşı tapıb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (Sputnik.az)
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
