Hadisə
68 yaşlı qoca ayı ilə mübarizədən sağ çıxdı - İNANILMAZ
Türkiyənin Artvin vilayətində maraqlı hadisə baş verib.
Publika.az Hürriyyet.com-a istinadən xəbər verir ki, hadisə Şavşat rayonunun Şen kəndində qeydə alınıb.
Belə ki, kəndin kənarındakı meşəyə göbələk yığmağa gedən 68 yaşlı Nafiz Zengin xoş təsadüf nəticəsində sağ qalıb. O, meşədə göbələk yığarkən qəfil qarşısına ayı çıxıb. Yırtıcı ona hücum edərək qolunu və ayağını parçalayıb. Nafiz Zəngin bir neçə dəqiqə ayıya qarşı mübarizə aparıb. Lakin sonradan ayının uzaqlaşmasından sonra kəndə qaçaraq yaxınlarından yardım istəyib.
Təcili yardım tərəfindən Şavşat Dövlət Xəstəxanasına çatdırılan 68 yaşlı qoca ayının pəncəsindən xilas olmasını təsadüf adlandırıb: “Ayının üzərimə atılmasıyla yerə yıxıldım. Pəncələri ilə qolumu, ayağımı saxlamağa başladı. Ayının məni parlaçayıb öldürəcəyini düşünürdüm. Bir az ayıya qarşı mübarizə apardım. Dişlərini bədənimə keçirdi. Canımın ağrıması səbəbindən bağırmağa başladım. Bir neçə saniyə sonra ayı qorxaraq qaçmağa başladı. Beləcə ayıdan son anda qurtuldum. Allah məni yenidən ailəmə bağışladı”.
Anar
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
