Ağdamda erməni əsgər öldü
Bizi izləyin

Hadisə

Ağdamda erməni əsgər öldü

Ağdama gələn erməni əsgər aldığı güllə yarasından ölüb.

Publika.az
axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, 1997-ci il təvəllüdlü Sevak Ovannesoviç Xaçatryan təmas xəttində aldığı güllə yarasından ölüb.

Xatırladaq ki, hələ 2015-ci il fevral ayında Münhen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev "Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama gəlməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuz da elə də çox adam qalmayıb. Bəs siz Ağdamda, Füzulidə nə edirsiniz?" deyə xəbərdarlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm