Hadisə
“Günəşli”də qaz fontanının qarşısının alınmasına 9 gəmi cəlb olunub (YENİLƏNİB)
“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.
Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.
Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.
Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək. (apa)
***
saat 14.54
Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.
Publika.az-a verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
***
13:52
“Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.
Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib. NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin
təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda
özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana
qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq
təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər
görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi



















.jpg)




.webp)












.jpg)


