Qəzalı "Mercedes"də qalmış sürücü xilas edildi
Bizi izləyin

Hadisə

Qəzalı "Mercedes"də qalmış sürücü xilas edildi

Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm