Bakı metrosunda nasazlıq aradan qaldırılıb
Bizi izləyin

Hadisə

Bakı metrosunda nasazlıq aradan qaldırılıb

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, metropolitenin 20 Yanvar stansiyasında qatarların hərəkəti qəfildən dayanıb.

Daha sonra qatardakı sərnişinlər təxliyyə edilib. Hadisə şahidlərinin sözlərinə görə, stansiyada qatarların hərəkəti hər iki istiqamət üzrə dayandırılıb. Bu isə sərnişinlər arasında panikaya səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirdi ki, qatarların dayandırılmasına səbəb Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlığın yaranmasıdır. O bildirdi ki, nasazlıq yaranan qatarlar köməkçi qatar vasitəsilə depoya aparılıb və hərəkət yenidən bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm