Gəncədə avtoxuliqanlar həbs olundu
Bizi izləyin

Hadisə

Gəncədə avtoxuliqanlar həbs olundu

Gəncə polisinin keçirdiyi əməliyyat zamanı bir neçə avtoxuliqan saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakinləri - 27 yaşlı Rövşən Novruzov, 33 yaşlı Səbuhi Qasımov, 26 yaşlı Toğrul Abiyarı, 27 yaşlı Vüsal Ələsgərov və 20 yaşlı Elsevər Qasımov idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar.

Saxlanılan bu "sürücülər" dən ikisi toy karvanı ilə hərəkət edərkən yol hərəkəti qaydalarını, bir nəfər isə sərxoş halda avtoxuliqanlıq edərkən polisin diqqətini cəlb ediblər. Digər avtoxuliqanlıq edən iki nəfər isə ictimai yerlərin yaxınlığında yol qaydalarını pozarkən saxlanılıblar.

Saxlanılanların hamsı 15 sutkadan 45 sutkaya qədər azadlıqdan məhrum edilib, eyni zamanda sürücülük hüququndan məhrum olunublar.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm