Evində silah tapıldı, "Meşədən tapmışam" dedi - VİDEO
Bizi izləyin

Hadisə

Evində silah tapıldı, "Meşədən tapmışam" dedi - VİDEO

Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Lerik rayon sakini, Albalılıq qəsəbəsində yaşayan 34 yaşlı Müslüm Əhmədovun evindən 1 ədəd “Brovninq” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd 9 mm patron aşkar edilərək götürülüb.

Publika.az-ın “Region TV”yə istinadən məlumatına görə, saxlanılan Müslüm Əhmədov silahı meşədən tapdığını deyib: "2010-cu ildə, rayonda yaşadığım dövrdə meşəyə getmişdim, bir də gördüm, selofanın içində “makar” tapançası var. Götürüb gəldim evə. Evdəkilərə də heç nə demədim. Tövlədə gizlədirdim çox vaxt. Bakıya gələndə də özümlə gətirdim"

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm