"Azərsu"nun sexində bədbəxt hadisə: ölən var
Bizi izləyin

Hadisə

"Azərsu"nun sexində bədbəxt hadisə: ölən var

Bakı şəhəri, Xətai rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində bədbəxt hadisə baş verib.

Publika.az Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Man" markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırıb. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşıb, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat edib.

Xilasedicilər sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm